RU

NASA “Artemis 3” missiyası çərçivəsində Aya enişi ləğv edib

Gələn il Ay səthinə astronavtların enişini nəzərdə tutan “Artemis 3” missiyası ləğv olundu. AZƏRTAC xəbər verir ki, bu barədə NASA-nın rəhbəri Karid Ayzekman Ay proqramı ilə bağlı yenilənmiş məlumatlara həsr olunmuş brifinqdə məlumat verib.

Onun sözlərinə görə, “Artemis 3”ün buraxılışı 2027-ci ilə planlaşdırılırdı. Əvəzində missiya “Orion” kosmik gəmisinin Yerə yaxın aşağı orbitdə sınağını və Ay eniş modullarını təmin edən bir və ya hər iki təchizatçılarla görüş prosedurunun yoxlanışını əhatə edəcək.

Ayzekman qeyd edib ki, əgər bu plan uğurla həyata keçirilsə, 2028-ci ilin əvvəlində “Artemis 4”, ilin sonunda isə “Artemis 5” missiyaları çərçivəsində Aya eniş üçün imkan yaranacaq.

NASA 2019-cu ilin yazında Aya üç mərhələdən ibarət “Artemis” proqramını elan edib. Birinci mərhələ (“Artemis I”) “Orion” gəmisinin pilotsuz şəkildə Ay ətrafında uçuşunu və Yerə qayıdışını nəzərdə tuturdu. Bu uçuş 2022-ci il 16 noyabr – 11 dekabr tarixlərində baş tutub.

İkinci mərhələ (“Artemis II”) ekipajlı “Orion” gəmisinin Ay ətrafında uçuşunu nəzərdə tutur. Üçüncü mərhələdə (“Artemis III”) NASA astronavtların Ay səthinə enişini həyata keçirməyi planlaşdırırdı.

Избранный
15
5
yeniazerbaycan.com

6Источники