Cebheinfo saytına istinadən ain.az xəbər verir.
İnternet monitorinqi qurumu olan "NetBlocks" İranda milli internet bağlantısının adi səviyyənin cəmi 4 %-nə düşdüyünü və ölkədə "demək olar ki, tam bir internet kəsintisi" yaşandığını elan edib.
"Cebheinfo.az" xəbər verir ki, "NetBlocks"-un paylaşdığı şəbəkə məlumatlarına görə, İrandakı bağlantı dərəcəsi qısa müddətdə geriləyərək minimum səviyyəyə enib.
Qurum sözügedən kəsintinin ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra baş verdiyini bildirib.
Paylaşılan qrafiklərdə 24–28 fevral tarixləri arasında nisbətən sabit qalan bağlantı səviyyəsinin son ölçmədə qəfil bir enişlə 4 % səviyyəsinə düşdüyü görünür.
İran rəsmiləri mövzu ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.
Qeyd edək ki, ölkədə daha əvvəl də genişmiqyaslı etirazlar və təhlükəsizlik əməliyyatları zamanı internetə çıxışın məhdudlaşdırıldığı məlumdur.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.