RU

“Qarabağ” - “Sabah” oyunundan əvvəl mətbuat konfransı keçiriləcək? - PFL-dən açıqlama

Mövsümün mərkəzi qarşılaşmasına cəmi bir gün qaldı. Mediada prioritet mövzu “Qarabağ” - “Sabah” oyunudu.

Belə maraqlı oyundan əvvəl baş məşqçilərin iştirakı ilə mətbuat konfransının keçirilməsi nə dərəcədə mümkündü?

PFL-in Media və Marketinq direktoru Sənan Abdullayev sualımızı cavabladı:

“Çempionat oyunlarında mətbuat konfransı keçirə bilmərik. Kubokun final qarşılaşmasında bu hal olur. Çünki təşkilatçılıq tam bizim səlahiyyətimizdədi. Amma bu tip məsələlərə müdaxilə etmək hüququmuz yoxdu. Klubları özləri istəsələr, bunu edə bilərlər. Buna bizim müdaxilə və ya tələb etmək kimi də hüququmuz yoxdu”.

Xatırladaq ki, oyun martın 1-i, saat 19.00-da start götürəcək.

MÜZƏFFƏR QULUZADƏ
Избранный
15
football-plus.az

1Источники