Bu gün saat 09:00 radələrində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (3 kişi, 3 qadın) İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Xəstəxanadan bildirilib ki, yaralılara bədənin müxtəlif nahiyələrinin açıq yaraları və küt tramaları, alt çənənin hematoması, oma sümüyünün sınığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.Report”