Tehranın cavab tədbirləri fasiləsiz şəkildə davam etdiriləcək və bu proses “düşmən qəti şəkildə məğlub edilənədək” dayandırılmayacaq.
NOCOMMENT.az xəbər verir ki bu barədə İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) yaydığı bəyanatda bildirilib.
Açıqlamada qeyd olunur ki, həyata keçirilən əməliyyatlar İranın təhlükəsizliyinin və milli maraqlarının qorunmasına yönəlib.
SEPAH-ın yaydığı bəyanatda qarşı tərəfin hərbi addımlarına adekvat və davamlı cavab veriləcəyi vurğulanıb.
Bildirilir ki, əməliyyatların miqyası və intensivliyi mövcud şəraitə uyğun olaraq müəyyənləşdiriləcək.
Regionda artan hərbi qarşıdurma fonunda tərəflərin sərt ritorikası və qarşılıqlı zərbələri vəziyyətin daha da gərginləşəcəyini göstərir.
Aliyə
NOCOMMENT.az