RU

Meyvə şirələrinin istehsalı kəskin aşağı düşüb

Bu ilin yanvar ayında Azərbaycanda 219,6 min dekalitr (dkl) meyvə şirəsi istehsal edilib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.

Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə şirə istehsalı 175,8 min dkl və ya 44,5% azalıb.

2025-ci ilin yanvar ayında bu göstərici 395,4 min dkl təşkil edib.

1 fevral 2026-cı il vəziyyətinə hazır məhsul ehtiyatı 782,0 min dkl təşkil edib ki, bu da illik müqayisədə 98,8 min dkl və ya 11,2% azdır.

Ötən ilin eyni dövründə hazır şirə ehtiyatı 880,8 min dkl olub.


Избранный
21
fed.az

1Источники