RU

"Air France" Tel-Əviv və Beyrut reyslərini ləğv etdi

"Air France" Tel-Əviv və Beyrut reyslərini ləğv etdi

Fransanın milli aviadaşıyıcısı "Air France" şirkəti ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlardan sonra yaranmış təhlükəsizlik riskləri ilə əlaqədar bu günə planlaşdırılan Tel-Əviv və Beyrut uçuşlarını ləğv etdiyini açıqlayıb.

AFN.az-ın Fransa mətbuatına istinadən verdiyi xəbərə görə, aviaşirkət İsrail və ABŞ-ın İrana hücumları, həmçinin Tehranın bu hücumlara qarşılıqlı cavab verməsi fonunda yaranan gərginliyi yaxından izləyir. Şirkət rəhbərliyi bugünkü reyslərin ləğv edildiyini təsdiqləyərək, yaxın günlər üçün nəzərdə tutulan uçuş proqramının regiondakı vəziyyətə uyğun olaraq daha sonra elan ediləcəyini bildirib.

Hücumlar səbəbindən hazırda İsrail, İran və İraqın hava məkanları mülki uçuşlar üçün bağlı qalır. "Air France" İsrailin paytaxtı Tel-Əviv və Livanın paytaxtı Beyrut istiqamətində həyata keçirilməli olan qarşılıqlı səfərləri dayandırmaqla yanaşı, sərnişinlərin təhlükəsizliyini prioritet hesab etdiyini vurğulayıb.

Qeyd edək ki, regionda artan hərbi hərəkətlilik beynəlxalq aviasiya marşrutlarında genişmiqyaslı dəyişikliklərə və digər aviaşirkətlərin də bənzər qərarlar almasına səbəb olub.

Избранный
24
afn.az

1Источники