Lənkəranda 52 yaşlı kişini elektrik cərəyan vurub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Liman şəhəri ərazisində baş verib. Belə ki, rayonun Nərimanabad qəsəbə sakini, 1974-cü il təvəllüdlü Ağadadaş Maarif oğlu Əliyev transformatorun yerləşdiyi əraziyə daxil olub və onu elektrik cərəyan vurub.
Ağır yanıq xəsarətləri alan A.Əliyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə hospitalizasiya olunub, ilkin yardım göstərilib. Vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.