RU

Xamenei və Məsud Pezeşkianın iqamətgahı vuruldu – Oğlundan açıqlama - VIDEO

ABŞ və İsrailin hücumları nəticəsində İranın ali lideri Ayətullah Xameneinin iqamətgahının yaxınlığında yeddi raket zərbəsi endirilib.

Ölkə.az “Tasnim”ə istinadən xəbər verir ki, İsrail və ABŞ İrana qarşı koordinasiyalı hücumu zamanı prezident sarayı və ali rəhbər Ayətullah Xameneinin iqamətgahının yaxınlığındakı ərazilərə yeddi raket zərbəsi endirilib.

ABŞ və İranın hücumlarında İran Baş Qərargah rəisi Musəvi, Müdafiə Şurasının katibi Şamxani və Milli Təhlükəsizlik Şurasının katibi Laricani də hədəfə alınıb.

İran prezidenti Məsud Pezaşkianın oğlu atasının ABŞ-İsrail hücumlarında hədəf alındığını, lakin sui-qəsd cəhdindən sağ çıxdığını açıqlayıb.

Ölkə mediasında yer alan xəbərlərə görə, prezident Pezeşkianın oğlu Yusuf Pezeşkian atasının səhhətinin yaxşı olduğunu açıqlayıb.

Yusuf bildirib:  "Sui-qəsd cəhdləri uğursuz oldu və digər rəsmilər də sağlamdırlar. Çox güman ki, daha uzun bir münaqişə ilə qarşılaşacağıq və bu, məhv müharibəsi olacaq. Buna görə də, bu günləri yaşamaq üçün qətiyyət və səbr lazımdır".

Mürtəza

Избранный
14
olke.az

1Источники