RU

Təhsil qurumu portaldan kənar 3 nəfərdən bina icarəyə götürdü

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsi bir mənbədən satınalma metodu ilə binaların icarəyə götürülməsi məqsədilə 3 müqavilə imzalayıb.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, satınalmalar çərçivəsində fiziki şəxslərlə bağlanan müqavilələrin detalları aşağıdakı kimidir:

Tanrıverdiyeva Xoşqədəm İsmayıl qızı ilə 3 600 manat məbləğində müqavilə bağlanıb.

Əliyev Mədəd İbayət oğlu ilə 2 233 manat məbləğində müqavilə imzalanıb.

Hüseynov Rafik Həmid oğlu ilə isə 1 200 manat məbləğində müqavilə bağlanıb.

Ümumilikdə binaların icarəyə götürülməsi xidmətləri üçün 7 033 manat vəsait ayrılıb.

Избранный
24
fed.az

1Источники