RU

Sergey Lavrov iranlı həmkarı ilə telefonda danışdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri Seyid Abbas İraqçi ilə telefon danışığı aparıb. Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Diplomatik qurumdan bildirilib ki, telefon danışığı zamanı Lavrov ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi “heç bir səbəb olmadan baş verən silahlı hücumu” pisləyib.

Tərəflər həmçinin regionda yaranmış gərgin vəziyyəti müzakirə edərək, baş verən hadisələr ətrafında fikir mübadiləsi aparıblar.

Избранный
8
metbuat.az

1Источники