RU

İran Hökuməti: Banklar fəaliyyətini davam etdirir

İran Hökuməti: Banklar fəaliyyətini davam etdirir

İran Hökumətinin Məlumat Şurası ABŞ və İsrailin hücumları ilə bağlı bəyanat yayaraq, ölkədə vəziyyətin nəzarət altında olduğunu bildirib.

AFN.az-ın IRNA agentliyinə istinadən veridiyi məlumata görə, şuranın bəyanatında hücumların ölkənin ərazi bütövlüyü və birliyinə qarşı yönəldiyi vurğulanıb.

Qeyd olunub ki, dövlət mövcud böhran vəziyyətini öncədən proqnozlaşdıraraq bütün zəruri tədbirləri görüb, buna görə də əhalinin hər hansı çatışmazlıqdan narahat olmasına əsas yoxdur. Açıqlamada ölkə üzrə əsas qida məhsulları, yanacaq və dərman ehtiyatlarının kifayət qədər olduğu diqqətə çatdırılıb.

Həmçinin bildirilib ki, 24 saat fəaliyyət göstərən tibb müəssisələri və növbətçi apteklər işini dayandırmayıb. Hökumət bank sektorunun da fəaliyyətini normal qaydada davam etdirdiyini, yalnız əhalinin rahatlığını və təhlükəsizliyini təmin etmək məqsədilə universitet və məktəblərin müvəqqəti olaraq tətilə buraxıldığını elan edib.

Rəsmi Tehran vətəndaşları gündəlik işlərini davam etdirməyə və yalnız rəsmi mənbələrdən gələn məlumatlara etibar etməyə çağırıb.

Избранный
29
afn.az

1Источники