RU

"Neftçi" Şamaxıda qalib gələ bilmədi

Misli Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib. Metbuat.az xəbər verir ki, günün ilk matçında "Neftçi" "Şamaxı"nın qonağı olub.Şamaxı şəhər stadionundakı qarşılaşma heç-heçə yekunlaşıb - 2:2."Ağ-qaralar"ın qollarını 60 və 90+1-ci dəqiqədə Vensan Abubakar vurub. Meydan sahiblərində 75-ci dəqiqədə Sezar Enrike, 90+8-ci dəqiqədə Karim Rossi fərqlənib.Xallarının sayını 31-ə çatdıran "Neftçi" 6-cı pillədə qərarlaşıb. "Şamaxı" 26 xalla 8-ci yerdədir.Günün ikinci matçında "Qəbələ" "Karvan-Yevlax"ı qəbul edəcək.

Qeyd edək ki, tura martın 1-də yekun vurulacaq. Ötən gün "Kəpəz" "Sumqayıt"ı (3:0), "Zirə" "Araz-Naxçıvan"ı (1:0) məğlub edib.

Избранный
19
2
metbuat.az

5Источники