RU

Azərbaycanda yanvar ayında UnionPay ödəniş kartları ilə həyata keçirilmiş əməliyyatların həcmi məlum oldu

Bakı. Trend:

Cari ilin yanvar ayının sonuna olan məlumata görə, Azərbaycandarezident maliyyə təşkilatları tərəfindən emissiya edilmiş"UnionPay" kartları (o cümlədən statistik vahidin ödəniş kartları)üzrə əməliyyatların sayı 1 min ədəd, həcmi isə 120 min manatdan çoxtəşkil edib.

Trend bu barədəAzərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata əsasən, ötən ilin yanvar ayı ilə müqayisədə UnionPaykartları üzrə əməliyyatların sayı 800-dən çox və ya 5 dəfə artıb,həcmi isə 0,02 milyon manat və ya 1,2 dəfə yüksəlib.

Bundan əlavə, hesabat dövründə qeyri-rezident maliyyətəşkilatları tərəfindən emissiya edilmiş UnionPay kartları üzrəəməliyyatların sayı 1,5 min ədəd, həcmi isə 0,2 milyon manat təşkiledib.

Qeyd edək ki, rezident maliyyə təşkilatları tərəfindənburaxılmış ödəniş kartları üzrə əməliyyatların sayı və həcmi ölkəərazisində fəaliyyət göstərən maliyyə təşkilatları (yerli banklarvə ya maliyyə institutları) tərəfindən emissiya edilmiş ödənişkartları ilə həyata keçirilmiş əməliyyatların ümumi sayını vəhəcmini əhatə edir.

Qeyri-rezident maliyyə institutları tərəfindən emissiya edilmişödəniş kartları üzrə əməliyyatların sayı və həcmi isə xaricdəfəaliyyət göstərən banklar və maliyyə institutları tərəfindənverilmiş ödəniş kartlarından istifadə edilməklə Azərbaycanda həyatakeçirilən əməliyyatların ümumi sayını və məbləğini əks etdirir.

Məqalədə:
Избранный
14
az.trend.az

1Источники