Bakı. Trend:
Çempionlar Liqasının 1/8 finalında "Qalatasaray"ın rəqibi"Liverpul"un gənc futbolçusu komandadan ayrılıb.
Trend xəbər verir ki, bubarədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, İngiltərə klubunun 19 yaşlı cinah oyunçusu TrentKone-Doherti Norveç təmsilçisi "Molde"yə transfer olunub. Klub gəncfutbolçu ilə 2029-cu il dekabrına qədər nəzərdə tutulan müqaviləimzalayıb.
Qeyd edək ki, "The Times"ın yaydığı məlumata görə, "Molde" butransfer üçün "Liverpul"a 750 min avro təzminat ödəyəcək.