RU

Efiopiyanın Baş nazirinin Azərbaycana səfəri Bakının Afrika ölkələri ilə münasibətləri yeni məzmunla inkişaf etdirdiyini göstərir - Azər Qarayev

Bakı. Trend:

Fevralın 27-də Efiopiya Federativ Demokratik Respublikasının Başnaziri Abiy Əhməd Əlinin Azərbaycana rəsmi səfəri Bakı–Əddis-Əbəbəmünasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndiriləbilər. Səfər siyasi dialoqdan iqtisadi əməkdaşlığa, enerjitərəfdaşlığından rəqəmsal transformasiyaya qədər geniş spektriəhatə etdi və iki ölkə arasında strateji əməkdaşlıqperspektivlərini konkret məzmunla zənginləşdirdi. Yəni, EfiopiyanınBaş nazirinin Azərbaycana səfəri Bakının Afrika ölkələri iləmünasibətləri yeni məzmunla inkişaf etdirdiyini göstərir.

Bunu Trend-əpolitoloq Azər Qarayev deyib.

"Səfərin əsas hadisəsi Efiopiya hökumət başçısının AzərbaycanPrezidenti İlham Əliyev ilə keçirdiyi təkbətək və geniş tərkibligörüşlər oldu. Danışıqlar zamanı tərəflər ikitərəfli münasibətlərininstitusional əsaslarla inkişaf etdirilməsi, beynəlxalq təşkilatlarçərçivəsində qarşılıqlı dəstək və yeni əməkdaşlıq mexanizmlərininyaradılması məsələlərini müzakirə etdilər.

Görüşlərdə siyasi münasibətlərin yeni formalaşmağa başladığı,lakin böyük potensiala malik olduğu vurğulandı. Xüsusilə Afrikaqitəsinin aparıcı dövlətlərindən biri olan Efiopiya iləəməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətindəcoğrafi şaxələndirmə kursunun davamı kimi diqqət çəkir", - obildirib.

A.Qarayev qeyd edib ki, səfər proqramında mühüm yer tutanməqamlardan biri Baş nazirin Səngəçal neft terminalına səfərioldu.

"Dünyanın ən böyük enerji logistika mərkəzlərindən sayılan buterminal Azərbaycanın qlobal enerji təhlükəsizliyində oynadığı rolunümayiş etdirdi. Qonağa ölkənin enerji strategiyası, o cümlədənƏsrin müqaviləsindən sonra həyata keçirilən layihələr, həmçininCənub Qaz Dəhlizi kimi beynəlxalq əhəmiyyətli təşəbbüslər barədəməlumat verildi. Bu təqdimat Azərbaycanın enerji sahəsindətopladığı idarəetmə və infrastruktur təcrübəsinin inkişaf etməkdəolan ölkələr üçün model kimi çıxış edə biləcəyini göstərdi", - obildirib.

Onun sözlərinə görə, nümayəndə heyətinin Ələt Azad İqtisadiZonası ilə tanışlığı iqtisadi əməkdaşlığın gələcək istiqamətlərinimüəyyən edən mühüm mərhələ oldu.

"Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsindəyerləşən zona Azərbaycanı regional sənaye və logistika mərkəzinəçevirən əsas platformalardan biri kimi təqdim edildi. Bu istiqamətEfiopiya üçün də xüsusi əhəmiyyət daşıyır, çünki Afrikabazarlarının Avrasiya ticarət marşrutlarına inteqrasiyası yeniinvestisiya imkanları yarada bilər", - o bildirib.

Politoloq vurğulayıb ki, səfər çərçivəsində Baş nazirin ASANxidmət mərkəzinə səfəri Azərbaycanın institusionalinnovasiyalarının beynəlxalq səviyyədə artan nüfuzunu bir dahanümayiş etdirdi.

"Artıq Efiopiyanın paytaxtı Əddis-Əbəbədə Azərbaycan modeliəsasında fəaliyyət göstərən dövlət xidmətləri mərkəzinin açılmasıbu əməkdaşlığın praktik nəticəyə çevrildiyini göstərir. ASANmodelinin tətbiqi dövlət idarəçiliyinin rəqəmsallaşdırılması vəvətəndaş xidmətlərinin optimallaşdırılması baxımındanAzərbaycan–Efiopiya tərəfdaşlığının ən konkret nümunələrindən birihesab olunur. Baş nazirin AI Academy-də keçirdiyi görüş isəəməkdaşlığın gələcək texnoloji ölçüsünü ön plana çıxardı. Süniintellekt, insan kapitalının hazırlanması və innovasiyaekosisteminin inkişafı sahəsində bilik mübadiləsi iki ölkəninuzunmüddətli inkişaf gündəliyində mühüm yer tuta bilər. Buistiqamət xüsusilə inkişaf etməkdə olan ölkələr arasındatexnologiya transferi və rəqəmsal transformasiya əməkdaşlığınıngenişlənməsi baxımından əhəmiyyətlidir", - o bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində müdafiə əməkdaşlığı,kənd təsərrüfatı, investisiyaların təşviqi, antikorrupsiyafəaliyyəti, media və iqlim gündəliyini əhatə edən bir sıra saziş vəanlaşma memorandumları imzalandı. Xüsusilə BMT-nin İqlimKonfransının - COP32 sessiyasının təşkili üzrə əməkdaşlıq sənəditərəflərin qlobal gündəlikdə də birgə fəaliyyət niyyətini ortayaqoydu.

"Abiy Əhməd Əlinin Azərbaycana səfəri göstərdi ki, Bakı Afrikaölkələri ilə münasibətləri yeni məzmunla inkişaf etdirməyə çalışır.Enerji, logistika, dövlət idarəçiliyi və rəqəmsal texnologiyalarsahəsində Azərbaycanın formalaşdırdığı təcrübə Efiopiya kimisürətlə inkişaf edən dövlətlər üçün praktik əməkdaşlıq platformasıyaradır. Beləliklə, bu səfər iki ölkə arasında diplomatikəlaqələrin sadəcə başlanğıcı deyil, həm də uzunmüddətli iqtisadi,texnoloji və institusional tərəfdaşlığın əsasını qoyan mühüm siyasihadisə kimi qiymətləndirilə bilər", - A.Qarayev əlavə edib.

Избранный
19
az.trend.az

1Источники