RU

Rusiyanın xarici işlər naziri ABŞ və İsrailin İrana hücumlarını pisləyir

Moskva, 28 fevral, AZƏRTAC

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Araqçi ilə telefon danışığında ABŞ və İsrailin İrana hücumlarını pisləyib.

AZƏRTAC xəbər verir ki, söhbət İran tərəfinin təşəbbüsü ilə baş tutub. Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Sergey Lavrov hadisəni beynəlxalq hüququn prinsip və normalarını pozaraq həyata keçirilən səbəbsiz silahlı hücum kimi qiymətləndirib.

Rusiyanın xarici işlər naziri Moskvanın BMT Təhlükəsizlik Şurası daxilində beynəlxalq hüquqa, qarşılıqlı hörmətə və maraqlar balansına əsaslanan sülh yolu ilə həll yollarının axtarılmasını asanlaşdırmağa hazır olduğunu bir daha təsdiqləyib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Избранный
15
2
azertag.az

3Источники