Manset.az xəbər portalının baş redaktoru Əli Vəliyev saytımızda müğənnilərin efirlərə qadağan olunması ilə bağlı xəbər yayımladıqdan sonra xəbər portalımızı və baş redaktorumuzu təhdid edən sənətçilərə cavab verib.
Manset.az xəbər verir ki, baş redaktor Ə.Vəliyev cavabında müzakirələrin peşəkar müstəvidə aparılmasının tərəfdarı olduğunu bildirib:
"Biz müzakirələrimizi daha peşəkar müstəvidə davam etdirə bilərik. Bunun üçün siz Mətbuat Şurasına müraciət və ya şikayət edə bilərsiniz. Orada ictimai qaydada müzakirə aparmaq olar. Bununla bərabər məhkəməyə də müraciət etmək hüququnuz var. Məhkəməyə müraciət etməzdən əvvəl siz qarşıdakı günlərdə televiziyalara çıxa və bizim xəbəri yalanlaya bilərsiniz. Baxaq, görək, çıxa biləcəksinizmi?".
Həmin videonu təqdim edirik: