RU

Tənhalıq qorxusuna qarşı gözlənilməz həll

Münasibətlər üzrə ekspert və ABŞ-dakı Cənubi Kaliforniya Universitetinin Etika kafedrasının dosenti Eleonora Qordon-Smit şəxsi həyatını ətrafdakıların təcrübəsi ilə müqayisə etməməyə çağırıb.

Azreform.info xəbər verir ki, tənhalıq qorxusunun öhdəsindən gəlməyin bu gözlənilməz üsulunu o, "The Guardian"a danışıb.

Ekspertə 30 yaşdan yuxarı, sevgi və ailə şansını qaçırdığını düşünən bir qadın müraciət edib. O etiraf edib ki, əvvəlki uğursuz münasibətlər onun özünə inamsızlığını və arzuladığı gələcəyin əlçatmaz olduğu hissini gücləndirib.

Qordon-Smit diqqət mərkəzini dəyişməyi və sevgini tapmaq şanslarını qiymətləndirmək əvəzinə qeyri-müəyyənliyi qəbul etməyi tövsiyə edib. “Əgər ehtimallara deyil, imkanlara fokuslansanız, sevgi gəldiyi zaman ona açıq qalmağa özünüzə imkan vermiş olarsınız”, - deyə ekspert izah edib.

Onun fikrincə, özünü başqaları ilə müqayisə etmək tənhalıq qorxusunu artırır, halbuki tərəfdaşın olub-olmamasından asılı olmayaraq dolğun və mənalı həyat yaşamaq bacarığı narahatlığı azaltmağa kömək edir. Qordon-Smit vurğulayıb ki, sevgi və münasibətlər istənilən yaşda yarana bilər və qorxuya qapılmaq əvəzinə ümid hissini qorumaq vacibdir.

Həmidə İbrahimova

Избранный
9
2
azreform.info

3Источники