İsrailin mərkəzində yenidən sirena səsləri eşidilib.
“Cebheinfo.az” xəbər verir ki, TASS-ın müxbiri Təl-Əviv ərazisində yenidən hava hücumu sirenalarının səsləndiyini və şəhərin üzərindəki səmada bir neçə partlayışın eşidildiyini deyib.
İsrail ordusunun mətbuat xidməti bildirib ki, İrandan atılan raketlərin aşkarlanması səbəbindən bir neçə ərazidə sirenalar səslənib. "İsrail Hərbi Hava Qüvvələri hazırda təhlükələrin mənbəyini müəyyən edir və onları aradan qaldırmaq üçün lazım olduqda zərbələr endirir", - nazirlik əlavə edib.