RU

Mossad iranlıları hücumların fotolarını göndərməyə çağırdı

İsrailin kəşfiyyat xidməti Mossad rəsmi farsdilli Telegram kanalında növbəti paylaşım edərək İran vətəndaşlarına müraciət edib. Paylaşımda ölkə ərazisində baş verən hücumlarla bağlı görüntülərin onlara göndərilməsi istənilib.

NOCOMMENT.az xəbər verir ki, müraciətdə deyilir: “Əziz İran xalqı, rejim binalarına edilən hücumları gördünüzmü? Təhlükəsizlik qüvvələrinin qərargahlarına və bazalarına edilən hücumları? Sakinlərin qaçmasını, dağıntıları, etirazları? Təhlükəsizlik qüvvələrinin varlığını gördünüzmü? Fotoşəkillər çəkməyə və bizə göndərməyə davam edin”.

Məlumata görə, bu çağırış regionda davam edən hərbi qarşıdurma fonunda informasiya müharibəsinin tərkib hissəsi kimi qiymətləndirilir. İran tərəfi məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Избранный
89
7
nocomment.az

8Источники