RU

Samir Vəliyev: “Bu münaqişə bütün region üçün müsbət nəisə vəd etmir”

“Yaxın Şərqdə yenidən alovlanan münaqişə təbii ki, bütün region üçün böyük təhlükədir. Çünki müharibə yalnız fəlakət gətirir. Azərbaycan da yaranmış vəziyyətdən narahatdır. Çünki İran Azərbaycanın yaxın qonşusudur. Ölkədə milyonlarla azərbaycanlı yaşayır. İsrail də həmçinin Azərbaycan üçün dost ölkədir. İran ətrafında müşahidə edilən mövcud gərginlik fonunda Azərbaycan XİN vətəndaşlarımızı İsrail dövlətinə səfərdən çəkinməyə çağırıb. Bu ölkədə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələrini xahiş edib. Eyni zamanda Azərbaycan vətəndaşlarına İrana səfər etməyə çəkinməkdən, hazırda İran ərazisində olan Azərbaycan vətəndaşlarına isə yerləşdikləri bölgədən asılı olaraq İranı, Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırış edilib”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.

 

O bildib ki, Azərbaycan dünyada o cümlədən yaxın regionda sülh və sabitliyin tərəfdarıdır: “Ölkəmiz hər zaman bu mövqeyini nümayiş etdirib. Təsadüfi deyil ki, Azərbaycan bir sıra qarşı duran tərəflər arasında vasitəçilik, eləcə də onların görüşlərinə ev sahibliyi edib. Buna nümunə olaraq ABŞ-Rusiya, NATO- Rusiya, İsrail-Suriya nümayəndələri arasında keçirilən görüşləri göstərmək olar. Bu baxımdan indiki münaqişə tərəfdarları arasında vasitəçilik edilə bilər. Bu münaqişə bütün region üçün müsbət nəisə vəd etmir. Ona görə də rəsmi Bakının mövqeyi tamamilə doğrudur. Mövqe budur ki, bütün problemlər diplomatik yollarla həll edilməlidir. Münaqişənin alovlanması həm İran, həm də İsrail xalqı üçün böyük itkilərə səbəb ola bilər. Bu səbəbdən tərəflər masa ətrafında danışıqlara qayıtmalıdırlar ki, regionda belə bir münaqişənin geniş vüsət almasının qarşısı alınsın”.

 

Şəhanə Quliyeva

Tarix: 28 Fevral 2026, 21:09   
Избранный
13
pravda.az

1Источники