Almaniya II Bundesliqasında təmsilçimiz Mahir Emrelinin formasını geyindiyi "Kaiserslautern" növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, "Paderborn"u qəbul edən meydan sahibləri gərgin keçən oyundan 1:2 hesablı məğlubiyyətlə ayrılıblar.
Milli komandamızın hücumçusu Mahir Emreli matça ehtiyat oyunçular skamyasında başlayıb.
Lakin komandasının hesabı bərabərləşdirmək cəhdləri fonunda baş məşqçi Torsten Lieberknext ikinci hissənin startında ona güvənib. Emreli 46-cı dəqiqədə L. Robinsonu əvəzləyərək oyuna daxil olub.
Meydanda olduğu müddətdə hücumda fəallıq göstərsə də, komandasının məğlubiyyətinə mane ola bilməyib.
Kamil Xudiyev