RU

Komandası məğlub oldu, Mahir isə...

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Almaniya II Bundesliqasında təmsilçimiz Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" növbəti matçına çıxıb.

Fanat.Az xəbər verir ki, "Paderborn"u qəbul edən meydan sahibləri gərgin keçən oyundan 1:2 hesablı məğlubiyyətlə ayrılıblar.

Milli komandamızın hücumçusu Mahir Emreli matça ehtiyat oyunçular skamyasında başlayıb.

Lakin komandasının hesabı bərabərləşdirmək cəhdləri fonunda baş məşqçi Torsten Liberknext ikinci hissənin startında ona güvənib. Emreli 46-cı dəqiqədə L. Robinsonu əvəzləyərək oyuna daxil olub.

Meydanda olduğu müddətdə hücumda fəallıq göstərsə də, komandasının məğlubiyyətinə mane ola bilməyib.

Kamil Xudiyev

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
2
1
fanat.az

2Источники