Misli Premyer Liqasında “Qarabağ” və “Sabah” komandaları arasında keçiriləcək XXII tur oyununa satılan biletlərin sayı açıqlanıb.
Offsideplus.az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oyuna 9500 bilet satılıb.
Biletlər məhdud sayda qalıb.
Qeyd edək ki, martın 1-də saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.