RU

Qubada baş tutmalı olan oyunun yeri dəyişdirildi

2-ci liqanın 16-cı turunda sabah keçirilməsi nəzərdə tutulan “Quba” - “Kür-Araz” oyununun yeri dəyişdirilib.

"Football-plus.az" xəbər verir ki, bu barədə PFL məlumat yayıb.

Quba şəhərində müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən Quba Olimpiya İdman Kompleksinin stadionunun oyuna hazır vəziyyətə gətirilməsi mümkün olmadığından, hər iki klubun qarşılıqlı razılığı əsasında oyunun Heydər Əliyev adına İmişli şəhər stadionunda keçirilməsi qərara alınıb.

Oyunun başlama saatı ilə bağlı dəyişiklik yoxdu. Matçın start fiti 15.00-da səslənəcək.

Избранный
9
4
football-plus.az

7Источники