RU

İsrail İsfahana zərbə endirməyə hazırlaşır

İsrail hərbçiləri İsfahanda yerləşən Cey sənaye zonası və ətraf ərazilərin sakinlərinə təcili xəbərdarlıq edib. Bildirilib ki, yaxın vaxtlarda həmin ərazidə yerləşən hərbi infrastruktura zərbə endiriləcək.

KONKRET.az xəbər verir ki, İsrail ordusunun “X” sosial şəbəkəsində fars dilində yayımlanan paylaşımında qeyd olunub ki, göstərilən zonadakı hərbi obyektlər hədəf alınacaq və mülki əhali dərhal ərazini tərk etməlidir.

Hərbçilər eyni zamanda yaxınlıqdakı kəndin sakinlərini səhərədək evlərində qalmağa çağırıblar və təhlükəsizlik məqsədilə zərbədən sonra sənaye zonasına yaxınlaşmamağı tövsiyə ediblər.

İran tərəfi xəbərdarlıqla bağlı hələlik rəsmi açıqlama verməyib.

Natiq Səlim,
KONKRET.az

Избранный
93
1
konkret.az

2Источники