“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola norveçli hücumçu Erlinq Holandın İngiltərə Premyer Liqasının 28-ci turunda “Lids Yunayted”ə qarşı oyun üçün komandanın heyətinə daxil edilməməsinin səbəbini açıqlayıb: “İki gün əvvəl, məşqin lap sonunda Erlinqdə problem yarandı, kiçik bir zədə aldı. Ciddi deyil, ancaq bugünkü oyuna hazır deyil”.

“Mançester Siti” hazırda Premyer Liqanın turnir cədvəlində ikinci yerdədir.