RU

"Beşiktaş"dan derbi öncəsi minimal hesablı QƏLƏBƏ

Türkiyə Superliqasında 24-cü turun oyunları keçirilir.

Bizim.Media xəbər verir ki, "Beşiktaş" səfərdə "Kocaelispor"un qonağı olub.

Qarşılaşma qonaqların minimal hesablı qələbəsi (1:0) ilə yekunlaşıb. Sergen Yalçının rəhbərlik etdiyi "qara qartallar"a vacib 3 xalı qazandıran yeganə qolu 52-ci dəqiqədə künc zərbəsindən sonra Agbadu vurub. Bu, eyni zamanda futbolçunun İstanbul təmsilçisinin heyətində vurduğu ilk qolu olub

Cari mövsümdə ilk dəfə ardıcıl üçüncü qələbəsini qazanan "Beşiktaş" xallarını 46-ya çatdıraraq 3-cü pillə uğrunda mübarizəsini davam etdirir. "Kocaelispor" isə 30 xalda qalıb.

Qeyd edək ki, növbəti turda "Beşiktaş" doğma meydanda lider "Qalatasaray"la derbi matçına çıxacaq, "Kocaelispor" isə səfərdə "Eyüpspor"la qarşılaşacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
29
20
bizim.media

10Источники