Dünən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən dünyaca məşhur "Burj Al Arab" hotelinə İran tərəfindən pilotsuz uçuş aparatı ilə zərbə endirildiyi bildirilir.
"Unikal" xəbər verir ki, Dubayın simvollarından sayılan və “yeddiulduzlu” statusu ilə tanınan Burj Al Arab regionun ən mühüm turizm obyektlərindən biridir. Süni adada yerləşən binanın, hündürlüyü 321 metrdir və 60 mərtəbəlidir.