İranın Ali Dini Lideri Əli Xameneinin qızı, kürəkəni və nəvəsi ABŞ ilə İsrailin endirdiyi hava zərbələri nəticəsində həlak olublar.
Xezerxeber.az xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, Ali Dini Lideirn dəftərxanası onun qızı, kürəkəni və nəvəsinin ölüm xəbərini agentliyə təsdiqləyib.
Həmçinin qeyd olunub ki, Xameneinin gəlinlərindən biri də şənbə günü səhər saatlarında baş verən hücumda ölüb.
Xatırladaq ki, bundan əvvəl Tehran Şəhər Şurasının üzvü Meysəm Müzəffər Xameneinin kürəkəni və gəlininin həlak olduğunu bildirmişdi.