RU

“Brilliant Dadaşova ilə qohumam, sual veriblər, üstündən keçmişəm, qalmaqal istəmirəm” - FOTO+ÖZƏL

“Camaat efirə baxmırdı. Vallah baxmırdı. Dava-qırğın idi də. Maraqlı bir şey yox idi. Xalq artistlərimiz də qalmışdı kənarda. Görək bu gündən sonra yəqin ki, düzələcək. Onlar üçün ayrıca verilişlər hazırlamaq lazımdır. Onlar da dava-dalaş etmirlər. Bunlar olmayan yerdə də maraq olmur.. O cür oxuyanlarımız var. İnsanları bu televiziyalar elə öyrəşdirib ki, ancaq qalmaqal istəyirlər”.
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Almaz Saraylı deyib.
O daha sonra sənət aləmindəki qohumlarından danışıb:
 
“Brilliant Dadaşovanın anası ilə mənim anam xalaqızıdırlar. Biz xalanəvəsi sayılırıq. Aramızda ögeylik yoxdur. Nailə Mirməmmədli də mənim əmim qızıdır. Bütün nəslim musiqi ilə məşğuldur. Əlibaba Abdullayev də anamın əmisidir”.
 
Almaz Saraylı uzun müddət gündəmdə olmağından da danışıb:
“Uzun illər Azərbaycan xanımı obrazını qorumuşam və adını uca tutmuşam. Həm danışığıma, həm geyimimə, həm də davranışıma diqqət etmişəm. Efirə çıxanda mən təkcə verilişin yox, xalqın qonağı oluram. Efir bizi tamaşaçılarla görüşdürür. Ona görə də bu gün hörmətlə qarşılanıram. Heç kimin arxasınca danışmamışam. Hətta sual da veriblər, üstündən ötüb keçmişəm. Ayıbsız insan yoxdur, amma ayıbı demək bizə yaraşmaz. Allah hamının ürəyinə görə versin. Bu yaşımda da toylara gedirəm. Bu xalqın sevgisidir”, - deyə Almaz Saraylı bildirib.
Избранный
12
1
moderator.az

2Источники