RU

Anna Akopyan Paşinyanın rəqibini dəstəkləyəcək? – Erməni politoloqdan eksklüziv açıqlama

Ermənistan iyun ayında keçiriləcək parlament seçkilərinə hazırlaşarkən, ölkənin siyasi gündəmi gözlənilməz xəbərlə sarsıldı. Belə ki, Baş nazir Nikol Paşinyanın həyyat yoldaşı sayılan Anna Akopyanın boşanma qərarı verdiyi barədə videomüraciəti yayımlandı.

Ən diqqətçəkən məqam isə Anna Akopyanın mümkün yeni siyasi seçimi ilə bağlı iddialardır. Məlumatlara görə, Akopyanın Rusiyada milyarder kimi tanınan “Taşir” qrupunun rəhbəri, hazırda istintaq altında olan və Ermənistan baş nazirliyinə real namizəd kimi göstərilən Samvel Karapetyanı dəstəklədiyi bildirilir.

İddialar nə dərəcədə realdır?

Globalinfo.az-a danışan erməni politoloq Qarik Keryan bildirib ki, Anna Akopyanın Nikol Paşinyandan boşanması ilə bağlı bəyanat dünən yayımlanıb və hələ də bir çox məqam aydın deyil:

qarik

Qarik Keryan

“Bunu deyə bilərəm ki, hadisə daxili auditoriya üçün də gözlənilməz oldu. Yalnız bir məqam aydındır ki, bu, parlament seçkiləri ərəfəsində siyasi manevrdir. Baş nazir və həyat yoldaşının niyə belə addım atdığı sonradan məlum olacaq. Hələlik Nikol Paşinyanın özü də bu hadisəyə münasibət bildirməyib.

Anna Akopyanın Samvel Karapetyanı dəstəkləməsi iddialarına gəlincə isə deyə bilərəm ki, bu, o qədər də inandırıcı görünmür. Ümumiyyətlə, bununla bağlı heç bir rəsmi bəyanat yoxdur. Çox güman ki, Paşinyan və komandası seçkiqabağı dövrdə Akopyanın siyasətdən kənarda qalmasının daha məqsədəuyğun olacağı qənaətinə gəlib. Hər halda gözləmək lazımdır”.

Избранный
19
1
turkustan.az

2Источники