Albaniya Superliqasında 26-cı tur davam edir.
Fanat.Az xəbər verir ki, azərbaycanlı hücumçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Partizani” doğma meydanda müdafiəçi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” ilə qarşılaşıb.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Zamiq bütün oyunu əvəzolunmadan keçirib, İsgəndərli isə 88-ci dəqiqədə, hesab 2:0 olarkən əvəzlənib.
"Eqnatiya" hazırda 46 xalla üçüncü yerdə qərarlaşıb, "Partizani" isə beşinci yerdədir (39 xal).