RU

Alemani Qrizmannın gedişinə qadağa qoydu

“Atletiko” futbol klubunun idman direktoru Mateu Alemani Antuan Qrizmannın komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə son qoyub.

İdman.Biz “Tribuna” nəşrinə istinadla xəbər verir ki, klub rəsmisi fransalı hücumçunun mövsümün ortasında transfer olunacağı barədə iddiaları qətiyyətlə təkzib edib. Alemani Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatmasından sonra verdiyi açıqlamada bu xəbərlərin sadəcə fərziyyə olduğunu bildirib.

“Bunların hamısı şayiədir. Antuanın müqaviləsinin bitməsinə hələ iki il var, o, tamamilə qarşıdakı oyunlara köklənib və çıxışı çox yaxşıdır”, - deyə idman direktoru vurğulayıb.

Qeyd edək ki, 34 yaşlı hücumçunun MLS təmsilçisi “Orlando Siti”dən təklif aldığı və tərəflərin artıq razılığa gəldiyi iddia olunurdu. Lakin Madrid klubunun rəhbərliyi Qrizmannın ən azı mövsümün sonuna qədər komandada qalacağını və Çempionlar Liqasında “Tottenhem”lə keçiriləcək oyunlarda əsas simalardan biri olacağını təsdiqləyib.

İdman.Biz
Избранный
12
1
idman.biz

2Источники