RU

Paşinyan təcili iclas keçirdi

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçirilib.
 
Moderator.az xəbər verir ki, iclasın əsas müzakirə mövzusu İran ətrafında yaranmış gərgin vəziyyət olub.
 
Müşavirə zamanı Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan regiondakı mövcud hərbi-siyasi şərait və proseslərin mümkün inkişaf ssenariləri barədə məruzə ilə çıxış edib.
 
İclas iştirakçıları İranda baş verən son hadisələrdən dərin təəssüf hissi keçirdiklərini bildirib, insan tələfatı ilə bağlı başsağlığı veriblər. Şura üzvləri regionda sabitliyin qorunmasının vacibliyini qeyd edərək, sülhün ən qısa zamanda bərpa olunmasının zəruriliyini vurğulayıblar.
 
Избранный
26
2
moderator.az

3Источники