RU

Xameneinin meyitinin FOTOSU 

ABŞ və İsrailin hücumları nəticəsində öldürülən İranın Ali Rəhbəri Əli Xameneinin meyiti dağıntılar altından çıxarılıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “Mouze” teleqram kanalı məlumat yayıb.

Kanal dağıntılar altından çıxarılan bir nəfərin meyitinin fotosunu da yayıb. İddia olunub ki, bu, Əli Xameneinin meyitidir.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İranın silahlı qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib.

Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.


Telegram kanalımız
Избранный
33
1
yenisabah.az

2Источники