RU

Zaqatalada lisey-məktəbin ibtidai sinifləri hara köçürülür? - FOTO

Zaqatala rayonu Zərifə Əliyeva adına lisey-məktəbin I və VI sinif şagirdlərinin valideynləri uşaqların başqa təhsil ocağına köçürülməsi xəbərinə razı deyillər.

Bizim.Media-nın yerli bürosu valideynlərə istinadən bildirir ki, onlara Regional Təhsil İdarəsindən liseyin profilinin dəyişdiriləcəyini və uşaqların digər məktəblərə köçürüləcəyi haqqında məlumat verilib.

Bu qərar valideynlər arasında ciddi narahatlıq yaradıb. Valideynlərin sözlərinə görə, onlar liseyin direktorundan və müəllim kollektivindən tam razıdırlar.

Uşaqların təhsil səviyyəsi, təlim-tərbiyəsi və məktəb mühiti onları qane edir. Valideynlər övladlarını bu mühitdən ayırmaq istəmədiklərini bildirirlər. 
 

Qeyd olunur ki, bu xəbəri eşidən şagirdlər psixoloji narahatlıq keçiriblər. Sinif yoldaşlarından ayrılmaq ehtimalı uşaqlara mənfi təsir edib.


Valideynlər aidiyyəti qurumlardan xahiş edirlər ki, uşaqların təhsilə olan marağı zədələnməsin, onların psixoloji vəziyyəti nəzərə alınsın, Liseydə fəaliyyət göstərən I və VI siniflərin təhsili davam etdirilsin.

Valideynlərin əsas istəyi ondan ibarətdir ki, uşaqlar hazırda təhsil aldıqları məktəbdə təhsillərini davam etdirsinlər və başqa məktəblərə köçürülməsinlər. Son anda verilən məlumata əsasən valideynlərin tələbindən sonra Zaqatala təhsil sektorundan əməkdaş gələrək onları dinləyib. Lakin regional təhsil idarəsindən hələlik heç bir münasibət bildirilməyib.










Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Избранный
32
1
bizim.media

2Источники