RU

Yeni işıqforlar sürücüləri cərimələyəcək?

Paytaxtın bir sıra küçə və prospektlərində artıq "ağıllı işıqfor" sistemi tətbiq olunmağa başlayıb. Süni intellekt texnologiyası ilə işləyən bu qurğular yol hərəkətinin real vaxt rejimində sıxlığını analiz edərək siqnalların müddətini avtomatik şəkildə tənzimləyir.

“İki sahil” xəbər verir ki, pilot layihə çərçivəsində ümumilikdə 8 yol qovşağında işıqforlar quraşdırılıb.

Yeni sistem adi işıqforlardan fərqli olaraq, xüsusilə pik saatlarda və yol-nəqliyyat hadisələri zamanı avtomobillərin hərəkət intensivliyinə uyğun şəkildə iş rejimini dəyişir. Bununla da nəqliyyat axını daha səmərəli idarə olunur.

Mütəxəssislər qeyd edirlər ki, nəqliyyatın az olduğu vaxtlarda yaşıl işığın müddətinin artırılması sürücülərin vaxt itkisini minimuma endirir. Beynəlxalq təcrübəyə əsasən, bu cür adaptiv sistemlər tıxacların həcmini 15-30 faizədək azaltmaq potensialına malikdir. Layihənin nəticələri müsbət olacağı təqdirdə, "ağıllı işıqfor"ların şəhərin digər ərazilərində də quraşdırılması planlaşdırılır.

Qeyd edək ki, sosial şəbəkələrdə bu işıqforların avtomobilləri cərimələdiyi ilə bağlı xəbərlər yayılsa da bu iddialar reallığı əks etdirmir. Cərimələmə funksiyası kameralara, tənzimləmə isə işıqfora aiddir. 

Избранный
11
5
ikisahil.az

6Источники