RU

Əli Laricani: “Onlara indiyədək görmədikləri güclə zərbə vuracağıq”

İran rəsmisi Əli Laricani Amerika Birləşmiş Ştatları və İsrailə qarşı sərt bəyanatla çıxış edib.

O bildirib ki, dünən İran tərəfindən ABŞ və İsrail istiqamətində raket zərbələri endirilib və qarşı tərəf bundan zərər görüb. Laricani vurğulayıb ki, bu gün isə daha ağır və görünməmiş gücdə cavab zərbəsi endiriləcək.

KONKRET.az xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi olan Laricani açıqlamasında qarşı tərəfi açıq şəkildə hədələyərək, Tehranın növbəti addımının daha sərt olacağını bəyan edib.

Onun sözlərinə görə, İranın hərbi potensialı düşmənlərin indiyədək qarşılaşmadığı səviyyədədir və mümkün cavab tədbirləri ciddi nəticələrə səbəb ola bilər.

Natiq Səlim,
KONKRET.az

Избранный
14
9
konkret.az

10Источники