RU

Çin, Polşa, Qətər vətəndaşları, BƏƏ diplomatları İrandan Azərbaycana gəldi

Bizim media saytına istinadən ain.az xəbər verir.

İrandan 10-a yaxın Çin, 4 Polşa vətəndaşı, daha 4 nəfər Qətər vətəndaşı "Astara" sərhəd-keçid məntəqəsindən Azərbaycana təxliyə olunub.Bizim.Media xəbər verir ki, Azərbaycan tərəfi həmin şəxslərə keçid üçün zəruri şərait yaradıb.Hazirda Birləşmiş Ərəb Əmirliklərinin irandakı səfirliyinin 6 nəfər heyəti təxliyə edilir.

 

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib.

Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
41
4
bizim.media

10Источники