RU

Xamenei belə öldürülüb - TƏFƏRRÜAT

İranın dini lideri Əli Xameneinin qaldığı iqamətgahın ABŞ və İsrail qüvvələri tərəfindən kütləvi aviazərbələrə məruz qalıb.

Turkustan.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb. Bildirilib ki, hücum zamanı iqamətgaha 30-a yaxın bomba atılıb və obyekt tamamilə dağıdılıb.

Nəşrin yazdığına görə, zərbələr İranın ali siyasi və hərbi rəhbərliyinin birgə toplantısı zamanı endirilib. ABŞ və İsrail kəşfiyyat orqanlarının İran rəhbərliyinin və Xameneinin yerini müəyyən etdikdən sonra bu fürsəti “unikal” hesab edərək gündüz saatlarında əməliyyata başladığı qeyd olunub. Hücumların İran vaxtı ilə səhər saat 10-a yaxın başladığı, gün ərzində isə yüzlərlə hədəfin vurulduğu bildirilib.

Qeyd edək ki, İranın dini lideri Əli Xamenei dünən ABŞ və İsrailin endirdiyi zərbələr nəticəsində həlak olub. /Cebheinfo.az/

Избранный
7
5
turkustan.az

10Источники