Almaniya "Ştuttqart"ının yarımmüdafiəçisi Andres Çema karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
"Report" "Teamtalk" nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu ilə "Mançester Yunayted" yaxından maraqlanır.
Lakin "qırmızı şeytanlar"ın bu transfer planına İspaniyanın "Real" klubu mane ola bilər. Belə ki, "kral klubu" öz yetirməsini geri qaytarmaq variantını nəzərdən keçirir.
Qeyd edək ki, hazırda dəyəri 15 milyon avro qiymətləndirilən Andresin "Ştuttqart"la müqaviləsinin müddəti 2030-cu ilin iyununa qədərdir. Yarımmüdafiəçi Bundesliqanın cari mövsümündə keçirdiyi 17 oyunda 1 qol vurub.