RU

Xəmneyidən sonra İranda nələr baş verəcək?

Sualın cavabı əslində çox qısadır.

Sizcə, öz ərazilərinin raket atəşinə tutulmasını gözə alıb İrana zərbələr endirən İsrail və okeanın o tayından varıb, milyardlarla dollar pul xərcləyərək bölgəyə ordu yerləşdirmiş ABŞ bu sual üzərində düşünməyibmi?

Sizcə, bəşəriyyətə xeyli sayda Nobel mükafatçısı bəxş etmiş bir yəhudi xalqının rəhbərliyi və dünyanın ən önəmli beyinlərinə malik ABŞ-ın administrasiyası "gedək İranı vuraq, sonrası Allah kərimdir" məntiqi ilə hərəkət edərmi?

Sizcə, İran elitasında hər kəsin evinin küncünə qədər bələd olan Mossad və CİA növbəti mərhələ üçün plan hazırlamayıbmı?

Əlbəttə, suallar ritorikdir və cavabları da çoxdan bəllidir.

Xəmneyinin ölümündən sonra İranda baş verəcək heç bir hadisə İsrail və ABŞ-ın məlumatı, marağı və yönləndirməsi xaricində ola bilməz.

Zira, bu məsələyə sadə yanaşmaq da lazım deyil.

Tarixi prosesdir və bütün tarixi proseslər kimi İranın aqibətinin müəyyənləşməsi də zamana möhtacdır. Zaman içində ən müxtəlif faktorlar öz sözünü deyəcək, lakin heç bir halda nəticə ABŞ-ın iradəsinə zidd olmayacaq.

Избранный
27
aznews.az

1Источники