RU

“Mançester Yunayted”in planı pozula bilər

“Ştutqart”ın yarımmüdafiəçisi Çema Andres karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın “TEAMtalk”a istinadən məlumatına görə, 20 yaşlı futbolçunun xidmətində "Mançester Yunayted" klubu maraqlıdır.

“Qırmızı şeytanlar” futbolçunu transfer etmək niyyətində olsa da, bu keçidə "Real Madrid" mane ola bilər. Belə ki, madridlilər ötən yay akademiya yetirməsini Almaniya təmsilçisinə satsalar da, oyunçunu geri qaytarmaq variantını nəzərdən keçirirlər.

Mənbənin məlumatına görə, “Kral klubu” müqaviləyə 11,4 milyon avro məbləğində geri alış bəndi daxil edib və bu opsiyanı qarşıdakı yay aktivləşdirə bilər.

Yarımmüdafiəçinin oyun keyfiyyətlərinin "Mançester Siti"nin oyunçusu Rodri və "Barselona"nın keçmiş oyunçusu Serxio Busketslə oxşar olduğu vurğulanır.

Cari mövsümdə yarımmüdafiəçi bütün turnirlərdə 29 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.

“Transfermarkt” portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 15 milyon avro qiymətləndirilir.

Избранный
10
90deqiqe.az

1Источники