RU

Taliban ABŞ İran münaqişəsində mövqeyini açıqladı

Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ ilə İran arasında hərbi qarşıdurmanın başlanmasından sonra Taliban rəhbərliyi rəsmi mövqeyini bəyan edib. Hərəkatın sözçüsü Zabihullah Mücahid Əfqanıstanın İranla əməkdaşlığa hazır olduğunu bildirib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Zabihullah Mücahid müsahibəsində deyib ki, əgər Tehran yardım üçün müraciət edərsə, Kabul administrasiyası dəstək verməyə hazırdır. Onun sözlərinə görə, Taliban rəhbərliyi bölgədə baş verən prosesləri diqqətlə izləyir.

Sözçü iddia edib ki, İran daha əvvəl İsraillə 12 gün davam etdiyi bildirilən qarşıdurmadan üstün çıxıb və hazırkı müharibədə də ABŞ qarşısında üstün mövqe tuta bilər.

Qeyd edək ki, Taliban ABŞ-nin 2021-ci ildə Əfqanıstandan çıxmasından sonra region ölkələri ilə münasibətləri gücləndirməyə çalışır. Son dövrdə İranla diplomatik və iqtisadi əlaqələrin genişləndiyi bildirilir. Mücahidin son açıqlaması Talibanın regional böhranda açıq şəkildə İran tərəfini seçdiyini göstərir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
1
baku.ws

2Источники