RU

"Sabah" hesabı açdı - Yenilənir

style='margin-bottom:10px;'>

Bu gün Misli Premyer Liqasında 22-ci tura yekun vurulacaq.

QOL.az xəbər verir ki, son oyun gününə 2 matç nəzərdə tutulub.

Əvvəlcə "Turan Tovuz" "İmişli"ni qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb. Bu komandaların ilk dövrədəki oyununda "Turan Tovuz" qalib gəlib - 1:0.

Günün son oyunu isə turun mərkəzi qarşılaşması hesab olunur. Böyük maraqla gözlənilən matçda "Qarabağ" "Sabah"ı qəbul edir. Ardıcıl 10 oyundur qalib gələn "Sabah" hazırda 52 xalla liderdir. Ehtiyatında bir oyunu olan "Qarabağ" isə 45 xalla 2-cidir. Bu baxımdan matçı komandalar arasında gedən çempionluq mübarizəsində əsas oyunlardan biri adlandırmaq olar.  Bu komandaların mövsümün ilk turundakı qarşılaşması "Sabah"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

1 mart (bazar)

Misli Premyer Liqası, 22-ci tur

19:00. “Qarabağ” – “Sabah” - 0:1 (Birinci hissə)

Qol: Xəyal Əliyev, 13
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Əkbər Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Müslüm Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu

16:30. “Turan Tovuz” – “İmişli” - 0:0
Hakimlər:
Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Alik Yunusov
VAR: Əli Əliyev
AVAR: Elvin Bayramov
“Azersun Arena”

27 fevral (cümə)

“Kəpəz” - “Sumqayıt” - 3:0

“Araz-Naxçıvan” - “Zirə” - 0:1

28 fevral (şənbə)

“Qəbələ” - “Karvan-Yevlax” - 1:1

“Şamaxı” - “Neftçi” - 2:2

Bombardirlər:

Bassalu Sambu ("Neftçi") - 9 qol

Coy-Lens Mikels (“Sabah”) - 9 qol

Velko Şimiç (“Sabah”) - 9 qol

Emin Mahmudov (“Neftçi”) - 7 qol

Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol

Toral Bayramov (“Qarabağ”) - 7 qol

Karim Rossi ("Şamaxı") - 7 qol

Dioqo Almeyda ("İmişli") - 7 qol

Избранный
2
24
teleqraf.com

10Источники