RU

İran ABŞ ın atəşkəs təklifini rədd etdi

ain.az, Bizim media saytına istinadən bildirir.

İran ABŞ tərəfindən vasitəçi üzərindən təqdim edilən atəşkəs təklifini qəti şəkildə rədd edib.Bizim.Media xəbər verir ki, bu barədə İsrailin Yedioth Ahronoth nəşri məlumat yayıb.Mənbənin iddiasına görə, Vaşinqton üçüncü tərəf vasitəsilə Tehrana artıq bu gün və ya sabah qüvvəyə minə biləcək atəşkəs razılaşması təklif edib. Lakin İran rəhbərliyi bu təşəbbüsü qəbul etməyib və təklifə mənfi cavab verib.Nəşrin yazdığına görə, Tehran mövqeyini dəyişmək niyyətində deyil və mövcud hərbi qarşıdurma fonunda güzəştə getməyəcəyini bildirib. Lakin xəbərdə iddia olunan təklifin detalları və mümkün şərtləri açıqlanmır.ABŞ və İran tərəfi bu məlumatla bağlı hələlik rəsmi açıqlama verməyib.Regionda gərginlik yüksək olaraq qalır və diplomatik kanalların aktiv olub-olmadığı barədə dəqiq informasiya yoxdur.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
1
1
bizim.media

2Источники