RU

B aviaşirkətlərdə 26 reys LƏĞV EDİLDİ

Ajans.az xəbər verir ki, bu barədə ölkənin müvafiq nazirliyi məlumat verib.   Hazırda İran, İsrail, BƏƏ, Bəhreyn, Küveyt, İordaniya, Səudiyyə Ərəbistanı, Qətər, Oman, İraq və Livanda hava məkanı ya bağlanıb, ya da qeyri-sabit vəziyyət davam edir. Bununla əlaqədar fevralın 28-də həmin ölkələrdən Qazaxıstana 14 reys, martın 1-də isə 12 reys ləğv edilib. “Air Astana”, “FlyArystan”, “SCAT” və “VietJet Kazakhstan” aviaşirkətləri hava məkanı açıldığı halda geri dönüş üçün reyslərin yerinə yetirilməsinə təyyarələr ayırmağa hazır olduqlarını bildiriblər.

Sonrakı addımlar Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi ilə əlaqələndirilmiş qaydada işlənib hazırlanacaq.

Избранный
8
5
Ajans.az

7Источники