RU

Levandovski sıradan çıxdı

"Barselona"nın hücumçusu Robert Levandovski İspaniya Kubokunun yarımfinal mərhələsinin "Atletiko" ilə cavab oyununu buraxmalı olacaq.

"Unikal" xəbər verir ki, klubun yaydığı məlumata görə, polşalı forvard "Vilyarreal"la matçda (4:1) başından ciddi zədə alıb. Bu gün keçirilən tibbi müayinələr nəticəsində futbolçunun sol göz yuvasının daxili hissəsində sümük sınığı aşkar edilib. Bu səbəbdən o, martın 3-ü "Atletiko"ya qarşı baş tutacaq matçda iştirak edə bilməyəcək.

Xatırladaq ki, “Kamp Nou”da baş tutacaq qarşılaşma kataloniyalılar üçün olduqca çətin sınaq olacaq. Çünki Madrid təmsilçisi ilə ilk görüşdə “Barselona” 0:4 hesablı məğlubiyyətlə üzləşib.

Избранный
22
unikal.az

1Источники